Bakıda qarajdan pul oğurlanıb

Bakıda qarajdan xeyli miqdarda pul oğurlanıb. APA-nın məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yaşayan Raya Əliyeva polisə müraciət edərək özünə məxsus qarajdan 15 min manat pul oğurlandığını bildirib. Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə