126 ədəd hərbi sursat aşkarlanıb

126 ədəd hərbi sursat aşkarlanıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan SİA-ya verilən məlumata görə, noyabrın 8-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 126 ədəd partlamamış hərbi sursat (PHS), 174 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 526 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 883 063 kv.m (88.31 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 64 gün ərzində 14 694 ədəd partlamamış hərbi sursat (PHS), 6 795 ədəd partlamış-yanmış sursat qalıqları və 64 085 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 62 328 885 kv.m (6 233 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə