Salyanın Çuxanlı kəndi ərazisində “Mercedes” markalı avtomobil kanala aşıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, minik avtomobilinin su kanalına aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub
Bunlar, sürücü Lənkəran sakini, 1985-ci il təvəllüdlü Cəfərov Seyfəddin Bəkir oğlu, avtomobildə olan sərnişinlər Lənkəran sakinləri, 1962-ci il təvəllüdlü Xəlilova Mehriban Cəlal qızı, 1971-ci il təvəllüdlü Əlizadə Elnarə İltifat qızı və 1968-ci il təvəllüdlü Nəcibəyov Rahim Gülağa oğludur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB