Salyanda yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyanın Çuxanlı kəndi ərazisində “Mercedes” markalı avtomobil kanala aşıb. Avtomobildə iki nəfərin olduğu bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Muğan regional şöbəsinin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalanların çıxarılması istiqamətində tədbirlər görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB