Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda birmərtəbəli 5 otaqlı evin dam örtüyü 30 m2, evə bitişik ümumi sahəsi 3 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları və tikilinin içərisində quraşdırılmış su qızdırıcısı yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB