Ağcabədidə baş verən yol qəzasında 2 nəfər ölüb

Ağcabədidə baş verən yol qəzasında 2 nəfər ölüb

Ağcabədidə baş verən yol qəzası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. APA-nın Qarabağ muxbirinin xəbərinə görə, rayonun Boyad kəndində baş verən qəzada yaralanan sürücü, 38 yaşlı Şamil Mirzəyev xəstəxanada vəfat edib. Digər sürücü, 20 yaşlı Rahib Məmmədov isə komaya düşüb.

Qeyd edək ki, Rahib Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil Ş. Mirzəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində sərnişin Ş. Məmmmədov hadisə yerində həyatını itirib. Hər iki sürücü isə, yaralı vəziyyətdə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə