Bakı sakini polisə müraciət edib

Bakı sakini avtomobilinə vurulmuş ziyanla bağlı polisə müraciət edib.

SİA-nın verdiyi məlumata görə, Xətai rayon Polis İdarəsinə müraciət edən Mehman Musayev adlı şəxs “Range Rover” markalı, 90 LE 102 dövlət nömrə nişanlı avtomobilinin təkərlərinin naməlum şəxs və ya şəxslər tərəfindən boşaldıldığını deyib. Şikayətçinin sözlərinə görə, maşının bəzi hissələri qəsdən cızılıb.

Müraciət əsasında araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə