2 ədəd elektrik-gəzinti avtomobili yanıb

2 ədəd elektrik-gəzinti avtomobili yanıb

Bakı şəhərinin Nəsimi rayonunda yol kənarında dayanmış 2 ədəd elektrik-gəzinti avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə