Gəncədə 14 yaşlı qız dəm qazının qurbanı olub

Gəncədə 14 yaşlı qız dəm qazının qurbanı olub

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Bakı fəhləsi küçəsindəki yeni tikilən evlərdən birində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abbasova Gülsüm Mahir qızı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə