Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Şahdag Milli Parkının Quba rayonu ərazisində yerləşən hissəsində qonur ayının qanunsuz ovlanması ilə bağlı Baş Prokurorluğa daxil olmuş material araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, araşdırmalarla oktyabrın 28-də Şahdag Milli Parkının Quba rayonu ərazisində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 3-3,5 yaşında bir baş qonur ayının qanunsuz ovlanması və bununla da təbiətə 1200 manat məbləğində ziyan vurulması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.3.2-ci (qanunsuz ovetmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması aidiyyəti üzrə Quba Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.
Hazırda cinayəti törətmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB