Qazaxda yol qəzası baş verib

Qazax rayonunda yol qəzası baş verib. Report-un məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 1993-cü il təvəllüdlü Zeynəb Zirəddin qızı Bayramova və 68 yaşlı Firəngiz Cahangir qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə