Sabirabadda minik maşını aşıb, 2 nəfər xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində “Mercedes" markalı “90 SX 054” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB