Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açaraq mənzildə gərgin psixoloji vəziyyətdə olan vətəndaşı və 1941-ci il təvəllüdlü Roman Aleksandr Zelikoviçin cəsədini aşkarlayıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB