Lənkəranda bıçaqlanma hadisəsi baş verib.SİA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən axşam saat 20:15 radələrində qeydə alınıb. Şəhərin Şah İsmayıl küçəsi, 30 ünvanında yaşayan 44 yaşlı Mustafayev Elxan İbeyis oğlu ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxananın qəbul şöbəsinin həkimi Elmar Abdullayevin verdiyi məlumata görə, Elxan Mustafayev döş qəfəsinin sol arxa nahiyyəsinin kəsilmiş – deşilmiş yarası diaqnozu ilə xəstəxanaya qəbul edilib.
Əməliyyatdan sonra xəstənin vəziyyəti kafi qiymətləndirilib. Hadisənin necə baş verməsi barədə hələlik dəqiq məlumat verilmir.
Faktla bağlı Lənkəran rayon Polis Şöbəsi araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB