Hacıqabulda yol qəzası olub

Hacıqabulda yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dünən axşam Hacıqabul rayonunun Udulu kəndində VAZ 2106 markalı 56 BE 116 dövlət nömrə nişanlı avtomobili traktorla toqquşub. Qəza nəticəsində Hacıqabul rayonu Muğan kənd sakini, 1949-cu il təvəllüdlü Cəfərov Eldəniz Əbülfəz oğlu və Gədəbəy rayonu Qaranuru knd sakini, 1985-ci il təvəllüdlü Abbasov Nahid Əlihüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə