İctimai Birliyin sədr müavini həbs edilib

İctimai Birliyin sədr müavini həbs edilib

“Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya bildirib ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə