Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı, yanacaq çəninin içərisindən 77 qutu "Belomorkanal" markalı papiroslar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB