Gömrük nəzarətindən gizlədilən 77 qutu papiros aşkarlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz 200” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, yanacaq çəninin içərisindən 77 qutu “Belomorkanal” markalı papiros aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB