Minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib

Minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin qapılarının və ön qanadlarının içərisində, üzərində "Warning Explosive" yazısı olan 420 qutu pirotexniki vasitə - petarda və üzərində "Magical Shots" yazısı olan 420 ədəd fişəng aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə