Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərinə gömrük baxışı keçirilib.
SİA-nın verdiyi məlumata görə, gömrük baxışı zamanı, həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1200 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB