Qubada yanğın olub

Quba rayonunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Quba rayonunda ümumi sahəsi 320 m2 olan birmərtəbəli 8 otaqdan ibarət köməkçi tikilinin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 280 m2 sahədə yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə