Azərbaycanda qatarın benzolla dolu üç vaqonu relsdən çıxıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Bakı-Quba avtomobil yolunun 29-cu kilometrliyində, dəmiryol xətti ilə kəsişdiyi ərazidə qeydə alınıb.
Sumqayıt "Etilen-Polietilen" zavodu istiqamətində hərəkət edən qatarın benzolla dolu sonuncu 3 vaqonu relsdən çıxıb. Benzolun ətrafa dağılması və yanğın baş verməyib.
Dərhal hadisə yerinə FHN-in müvafiq qüvvələri cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB