Qanunsuz yolla xarici valyuta daşıyan şəxslər saxlanılıb

Qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçıIıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıblar.

DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş baxışlar nəticəsində həmin şəxslərdən 71 min 500 ABŞ dolları, 6500 rubl və 4361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb.

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə