Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşi mübarizə şöbəsinə Sabirabad rayon sakininin idarə etdiyi "Saipa" markalı minik avtomobilində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə ediməsi barədə məlumat daxil olub.

SİA-nın verdiyi məlumata görə, idarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində həmin avtomobil Sabirabad rayonu ərazisində saxlanılıb və gömrük baxışı keçirilməsi məqsədilə İdarənin inzibati binasının həyətinə gətirilib. Sürücünün iştirakı ilə aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində aksiz markası olmayan 30 000 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə