Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Bakının Xətai rayonunda yol kənarında 50 m2 sahədə taxta tullantıları yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 15 m2 olan qarajın üzlüyü 4 m2 sahədə, içərisində olan televizorun və su nasosunun üzlükləri əriyib.
Qarajın qalan hissəsi və yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB