2 nəfər silahını polisə təhvil verib

2 nəfər silahını polisə təhvil verib

Ağcəbədi və Qəbələdə vətəndaşlar ov tüfənglərini polisə təhvil verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Ağcabədi rayonunun Qayğı qəsəbə sakini Pirxan Əlvəndov müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini Laçın RPŞ-yə, Qəbələ rayonunun Tikanlı kənd sakini Vüsal Murtuzov isə “BUM” markalı ov tüfəngini Qəbələ RPŞ-yə könüllü olaraq təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə