İsmayıllı RPŞ əməkdaşları tərəfindən narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, 3 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yaşıl kütlə halında narkotik tərkibli bitkilər isə aşkar edilərək məhv edilib.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İsmayıl İsmayılova məxsus həyətyanı sahəyə keçirilən baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 666 qram qurudulmuş marixuana və 535 qram çətənə kolu, Eldəniz Balakişiyevə məxsus həyətyanı sahəyə baxış zamanı isə 1 kiloqram 417 qram qurudulmuş marixuana və 635 qram çətənə kolu aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB