Gəncədə qətl törədən şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə ilə bağlı verilən məlumatda deyilir ki, oktyabrın 12-də saat 2:00 radələrində şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Nurlan Rzayev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB