Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə dünən köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Fərzalı Əliyev avtomobil yuyulması məntəqəsinə gələrək maşınını yumaq istəyərkən elektrik cərəyanı onu vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, F.Əliyev həkimlər gələnə kimi dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB