İndoneziyada bir saatda iki qatar qəzası baş verib. SİA- nın məlumatına görə, Cakarta şəhərində baş verən ilk qəzada 43 adam ölüb, 50-dən çox insan yaralanıb. İkinci qəzada isə 1 sərnişin dünyasını dəyişib.
İlk qəza Cakarta şəhərindən gələn qatarın sürətini idarə edə bilməyərək dayanan digər qatara çırpılması nəticəsində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, qəza sərnişinlərin yatdığı vaxtda baş verib. Xəstəxana səlahiyyətliləri ölənlərin arasında uşaqların da olduğunu bildirib. Baş həkim qırıq və yanıq xəsarəti alan 50 nəfərə tibbi yardım göstərildiyini, onlardan bəzilərinin vəziyyətinin ağır olduğunu ifadə edib.
Nəqliyyat Nazirliyinin sözçüsü Bambanq Ervan hər iki qəzanı təsdiqləyib, ancaq ölən və xəsarət alanlarla bağlı qəti məlumat vermək üçün erkən olduğunu deyib.
Qeyd edək ki, bir çox insanın yararsız vəziyyətə düşən, əzilmiş vaqonların içərisində sıxışıb qaldığı üçün ölü sayının artacağı güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB