Oktyabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Həbib Kərimov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşlə arvadı Səbinəyə qarın nahiyəsindən xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, S.Kərimova xəstəxanaya aparılarkən yolda ölüb.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Kərimov tutulub, hadisə yerindən qardaşına məxsus “Churchill” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB