Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.
SİA-nın verdiyi məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.6, 120.2.11, 29.120.2.1, 29.120.2.5, 29.120.2.6, 29.120.2.7, 29.120.2.11, 228.3, 234.4.1, 28, 234.4.1, 235.4.1, 235.4.3-cü maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məmmədov Xəyal Mobil oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Yevlax şəhər sakini Məmmədov Anar Mobil oğlunun gətirdiyi sovqata və üzərinə keçirilən baxış zamanı cibindən sellofan bükülüdə çəkisi 0.565 qram olan marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB