Ciblərindən 348 kapsul dərman preparatı çıxdı

Ciblərindən 348 kapsul dərman preparatı çıxdı

Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində cəmi 348 kapsul "Tramadol 50 mq" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə