Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıt şəhəri Sülh küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 9-da saat 2 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini Orxan Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İ.Babayev orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə