Sabirabadda ağır yol qəzası

Sabirabad rayonunda ağır yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, qəza rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər ölüb.

Qəzada xəsarət alan 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərirlər.

Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.

Ölənlərin kimliyi dəqiqləşdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə