Ağdaşda kütləvi dava olub

Ağdaş rayonundakı "Mal bazarı"nda kütləvi dava olub. Report-un xəbərinə görə, Ağdaş və Tərtər sakinləri arasında başlayan mübahisə davaya çevrilib. Nəticədə yüngül və ağır xəsarət alanlar olub.

Başından ağır zərbə alaraq yaralanan Ağdaş rayonu, Mürsəl kənd sakini 1976-cı il təvəllüdlü Həmidov Bəhruz Əhmədiyyə oğlu təcili xəstəxanaya çatdırılıb. Onun başına tikiş qoyulub. Yaralının durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə