Axtarışda olan 38 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 100 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən iyirmi nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə