Gəncləri daşıyan mikroavtobus qəzaya düşdü 14 ölü, 25 yaralı

Pakistanda 14 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Pakistanın Mastung mahalında baş verib. Belə ki, sərnişinləri daşıyan avtobus mikroavtobusla toqquşaraq qəza törədib.

Yerli hakimiyyət orqanlarının açıqladığı məlumata əsasən, mikroavtobusda gənclərin istirahətə getdiyi deyilir.

Hər iki nəqliyyat vasitəsində olan insanların ümumi sayı hələlik açıqlanmır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə