Goranboyda ağır yol qəzası olub

Goranboy rayonunda ağır qəza baş verib. SİA-nın bögə müxbiri xəbər verir ki, hadisə raronun Kələk kəndində baş verib. Ötmə əməliyyatı həyata keçirən zaman qanun pozuntusuna yol verən sürücü 4 nəfərin yaralanmasına səbəb olub. 1994 –cü il təvəllüdlü Əsgərova Günel Eyvaz qızı, 1990-cı il təvəllüdlü Əhmədova Xatirə Murad qızı, 1974-cü il təvəllüdlü Əhmədov Süliddin Furiddin oğlu və 1 yaşlı uşaq Mustafayev Ülvi Pərviz oğlu xəsarət alıb. Uşağın vəziyyəti ağırdır. Araşdırma aparılır

Ilham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə