Göygöl rayonunda bədbəxt, həm də qəribə hadisə baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, rayonun Üçtəpə qəsəbə sakini 1961-ci i təvəllüdlü Məmmədova Nəzimə Əfəd qızı hələlik istintaqa məlum olmayan avtomobil tərəfindən vurulub. 56 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb. Döş qəfəsinin küt travması diaqnozu qoyulan N.Məmmədovanın vəziyyəti ağırdır. Maraqlıdır ki, yaralının yaxınlarının əvvəcə onun guya qoz ağacından yıxıldığını və xəsarət aldığınını deyiblər. lakin həkilmər məlumatın zədələrə uyğn omadığını bildirməsindən sonra qohumları qadının tanımadıqları bir avtomobilin vurduğunu etiraf edib. Araşdırma aparılır.

Ilham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə