Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Samux rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb. Rayon sakini 31 yaşlı Rasim Hacıyev tanışı Mübariz adlı şəxs tərəfindən bıçaqlanıb. Hazırda xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB