Sərxoş sürücü ağır qəza törədib

Sərxoş sürücü ağır qəza törədib

Sentyabrın 30-da səhər 06.30 radələrində Ələt-Astara yolunun 185-ci km-də, Lənkəran rayonunun Liman şəhərində yol- nəqliyyat hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, Masallı rayonunun Çaxırlı kənd sakini, 1981-ci il təvəllüdlü Əliyev İlkin Əsəd oğlu Astara istiqamətində hərəkətdə olarkən əvvəlcə yoldakı atı vurub, sonra isə idarəetməni itirərək yolun sol tərəfindəki həyətin daş divarına çırpılıb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb, eyni zamanda sürücü və sərnişinlər - Masallı şəhər sakinləri, 1987-ci il təvəllüdlü Əzimova Günel Abidin qızı, 1985-ci il təvəllüdlü Əzimova Lyudmila Abidin qız, 1963-cü il təvəllüdlü Əzimova Mehparə Xəlil qızı müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun verdiyi məlumata görə, hadisə sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə