Sürüşmə nəticəsində bağlanan Lənkəran-Lerik yolunda avtomobillərin hərəkəti qismən bərpa edilib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, yolun bağlanmasına səbəb olan torpaq qatının bir hissəsi təmizləndikdən sonra avtomobillər yolda hərəkət etməyə başlayıb.
Qeyd edək ki, sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanmışdı.
Torpaq qatının tökülməsi yolun tamamilə bağlanmasına səbəb olub.
Hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb. Hazırda yolun 17 km-dən 52-ci km-dək ciddi problem yaranıb. Yollar tamamilə bağlanıb.
Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədi ilə Yol İstismar İdarəsinin ağır texnika və işçi heyəti cəlb edilib. Hazırda yola dağılan iri ağaclar hissələrə bölünərək yığışdırılır, torpaq qatı təmizlənir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB