Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyəsi həyata keçirilir.
Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB