Bərdədə baş verən qəzada ölən sürücünün meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Boyəhmədli kəndi ərazisində “QAZ“ markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.
Minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Şükürov Ravi Bayram oğlunun meyiti FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB