"Selfi" çəkdirmək istədilər və...

"Selfi" çəkdirmək istədilər və...

Hindistanın Karnitakadakı ştatında 3 tələbə qatarın altında qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilkin ehtimala görə hadisəyə səbəb tələbələrin "selfi" çəkirməsi olub. Polis tələbələrdən ikisinin kimliyi müəyyənləşib. Onlar Bangalor Milli Kollecinin tələbələridir. Hüquq mühafizə orqanları hesab edir ki, tələbələr selfi çəkdirmək istəyiblər, lakin qatarla məsafəni düzgün seçmədikləri üçün qatarın altında qalıblar.

Həmçinin bildirilir ki, ötən həftə də eyni hadisə həmin kollecin digər tələbəsinin də başına gəlib. Lakin xoşbəxtlikdən həmin tələbənin yıxılmasının qarşısını almaq mümkün olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə