Abşeron rayonunda klubda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Digah qəsəbəsində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 150 kv.m olan klubun tamaşa zalında dolab 3 kv.m və səhnənin döşəməsi 1 kv.m sahədə yanıb.

Klubun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə