25 yaşlı qız dəm qazından zəhərlənib

Tovuzda 25 yaşlı qız dəm qazından zəhərlənib. Hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib. Kənd sakini Şöhrət Hüseynova yaşadıqları evin hamam otağında olarkən halı qəfil pisləşib. Xəstə dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşıb. Məlumata görə, Şöhrət Hüseynova hamam otağındakı su qızdırıcısından ayrılan dəm qazından zəhərlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə