Gəncədə ağır yol qəzası qeydə alınıb. SIA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin “Yeni Şəmkir” avtovağzalı adlanan ərazisində qeydə alınıb. “Juqili” markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayonu Təzəkənd kənd sakini 1989-cu il təvəllüdlü Cəfərzadə Vaqif Arif oğlu,1993-cü il təvəllüdlü Şəmkir rayonun Çaparlı kənd sakini Mirməmmədov Rəşad Vaqif oğlu və eyni kənddən olan Hüseynov Natiq Ceyhun oğlu xəsarət alaraq Gəncədəki xəstəxanalardan birinə gətirilib. İlkin məlumatlara görə hər üç yaralının vəziyyəti orta ağırdır. Qəzanın dəqiq səbəbləri hələ ki,bilinmir faktla bağlı araşdırma aparılır.
İ.Məmmədov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB