Goranboy sakinini avtomobil vurdu

Goranboy sakinini Gəncədə avtomobil vurub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov parkının qarşısında qeydə alınıb. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Yusifov Orxan Əzəl oğlunun ayaqlarının sındığı deyilir. Yaralı ifadəsində bildirib ki, avtomobil onu arxadan vurub. 20 yaşlı yeniyetməni sürücü özü Gəncədəki xəstəxanalardan birinə gətirib.

Hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə